Müğənni Natavan Həbibi qalmaqala səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, ifaçı “Muz Tv”-yə açıqlamasında bildirib ki, müğənnilərin bir çoxu cinsi azlıq olan stilistlərlə işləyir:
“Bizim dəbimizə geylər nəzarət edir. Seksual azlıqların həyat tərzi odur ki, geyimlə, dəblə maraqlanırlar. Onların zövqünə inanıb, onunla hərəkət edib və böyük-böyük danışmaq, görməmişliyin əlamətidir. Öz zövqü ilə yox, ətrafındakı geylərin məsləhəti ilə geyinənlər... Dünən dağdan düşüb, bu gün nəsə görüb, brenddən danışırsa, bu onun görməmişliyidir. "Çuşka”lığı üzərinə götürüb, görməmişliyini sübut edir”.