Müğənni Rəqsanə canlı efirdə huşunu itirib
14 may 2015 23:08 (UTC +04:00)

Müğənni Rəqsanə canlı efirdə huşunu itirib

Müğənni Rəqsanə canlı efirdə huşunu itirib.

 

Lent.az-ın xəbərinə görə, ATV telekanalında yayımlanan “Öz aramızda” verilişində mövzu müğənninin 100 min manat pul xərcləməsi barədə olub.

 

Rəqsanə isə israrla bu barədə danışmaq istəməyib.

 

O bildirib ki, bu barədə açıqlama vermək istəmir: “Mənim üstümə gəlməyin. Çox halsızam, ağrılarım var. Bu verilişə də güclə gəlmişəm. Güclə addım atıram. Belə olmalıydı, belə də oldu”.

 

Aparıcı Zaur Baxşəliyevin israrına baxmayaraq, müğənni Rəqsanə heç bir açıqlama verməyib.

 

Daha sonra isə canlı yayımda ağlamağa başlayan müğənninin halı pisləşib və özündən gedib. Onun studiyadan çıxarıblar.

 

 

Qeyd edək ki, bu gün aparıcı Xoşqədəm Baxşəliyevanın da canlı efirdə halı pisləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar