Müğənni qonşularını bezdirdi
15 sentyabr 2015 01:41 (UTC +04:00)

Müğənni qonşularını bezdirdi

24 yaşlı ingilis müğənni Rita Ora qonşularını bezdirib.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının Londondakı evində tez-tez partilər təşkil edib, səs-küylü əyləncələr keçirməsi yaxınlıqda yaşayan sakinləri təngə gətirib.

 

Onların səbrini tükədən sonuncu hadisə isə Ritanın ötən həftə gecə saat 4-də qurtaran partisi olub. Qonşular müğənnidən artıq polisə belə şikayət ediblər.

 

Onlardan biri açıqlamasında “Onun Rita Ora olması məni maraqlandırmır” deyib.

 

Digər qonşu isə “Uşaqlarım Rita Oranın kim olduğunu bilirlər, amam mən tanımıram. O heç mənim vecimə də deyil. Sadəcə olaraq, evimin yaxınlığında bu cür səs-küylü yığıncaqlar istəmirəm”,- deyə açıqlama verib.

 

Qeyd edək ki, Rita Oranın bu ilin əvvəlində keçmiş sevgilisi Riki Hill ilə verdiyi parti səbəbindən də qonşularıyla mübahisəsi düşmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar