Milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Qranada” klubu İspaniya Çempionatının yüksək dəstəsində qalmaq vəzifəsinin öhdəsindən gəlib. Apasport.az saytının məlumatına görə, son tura qədər “sequnda”ya düşmək təhlükəsi davam edən “Qranada” öz meydanında baş tutan oyunda “Atletiko Madrid”lə bərabərə qalaraq mövsümü 17-ci sırada bitirib.
Bu nəticə ilə ikinci diviziona düşəcək komandaların da adına aydınlıq gəlib. “Kordoba”nın yol yoldaşları “Almeriya” və “Eybar” olub.