“Küçük Ağa” serialında bir-birini sevərək 2014-cü ildə ailə quran Birce Akalay və Sarp Levendoğlu arasında tez-tez mübahisə düşdüyü bildirilirdi.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hətta cütlüyün boşanacağı barədə məlumatlar da yazılırdı.
Lakin, cütlük Marmaris bölgəsindəki Datça yarımadasında tətilə çıxaraq, haqlarında deyilənlərə cavab vermiş olublar.
Olduqca xoşbəxt görünən Birce və Sarp istirahətdə çəkdirdikləri fotolarını sosial mediada paylaşıblar.
Qeyd edək ki, cütlük yeni başlayacaq “Hayatta Kal” serialında baş rolları paylaşacaqlar.