Kıvançın anası ilə xanımı arasında <span style="color:red;">QALMAQAL
28 noyabr 2016 19:31 (UTC +04:00)

Kıvançın anası ilə xanımı arasında QALMAQAL

 

Gəlini Başak Dizerin sosial şəbəkədə heç bir paylaşımını bəyənməyən Nurten Tatlıtuğ oğlu Kıvanç ilə bir serialda rol alan Tuba Büyüküstünlə öpüşmə səhnəsinə təriflər yağdırıb.

Lent.az-ın gecce.com-a istinadən məlumatına görə, Nurten Tatlıtuğ “İnstagram” hesabından Kıvanç və Tubanın öpüşmə səhnəsini paylaşaraq, “İlin ən çox yaraşan cütlüyüsünüz. Allah hər ikiniz nəzərində saxlasın” şərhini yazıb. Bu şərh isə gəlin - qaynana arasına ciddi narazılıq salıb.  

Qaynana bu paylaşımının ardından “Rəngli sayfalar” proqramına açıqlama verib: "Başaka söz atmaq niyətim yox idi. Onlar serialda bir-birlərinə yaraşırlar deyə dedim. Ağlımı itirmiş deyiləm, Başakın yara almasını istəmirəm. Gəlinimi üzmüşəm. Səhv etdim”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar