İranlı aktrisa Təranə Əlidusti ABŞ prezidenti Donald Trampa etiraz olaraq “Oskar” mərasiminə qatılmayacaq.
Axşam.az-ın xarici KİV-ə isinadən məlumatına görə, aktrisa, ABŞ prezidentinin əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkələrə viza verilməsini qadağan edən miqrasiya siyasətinə etiraz edib:
“Trampın İran sakinlərinə viza verilməsini qadağan etməsi irqçi addımdır. Fərqi yoxdur bu mədəniyyət tədbiridir, ya yox, mən etiraz əlaməti olaraq, 2017-ci il “Oskar” mərasimində iştirak etməyəcəyəm”, - deyə Təranə öz “Twitter” səhifəsində yazıb.
T.Əlidustinin rol aldığı “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında namizəd göstərilib.
Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-sı Los-Ancelesdə təqdim olunacaq.