İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehinin dəvəti ilə bu ölkənin Bakıdakı səfirliyində tanınmış modelyer dizayner Gülnarə Xəlilova ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İordaniyanın milli geyimlərinin təbliğatına istiqamətlənmiş birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Səfirə dizaynerin Azərbaycan milli ornamentlərinin əks olunduğu əl işi olan pannosu hədiyyə edilib.
G. Xəlilova Lent.az-a deyib ki, İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi Azərbaycanın milli geyimlərinə heyran qaldığını bildirib və ölkələrimizin qədim irsinin təbliğatına yönəldilmiş layihəni reallaşdırmaq istəyini ifadə edib.
Xatırladaq ki, G. Xəlilovanın kolleksiyaları Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrdə uğurla təqdim olunub.