Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir.
Bugünkü proqramda şou-biznesin bir çox tanınmışları skripkaçı Səlim Abbasov, meyxanaçı İtiqam-Ehtiram qardaşları, Səidə Sultan, İlhamə Qasımova, Vaqif Şıxəliyev qonaq olacaq.
Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.
Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.
Verilişin informasiya tərəfdaşı Lent.az-dır.