İbrahim Tatlısəs yaddaşını itirdi
08 iyun 2015 11:37 (UTC +04:00)

İbrahim Tatlısəs yaddaşını itirdi

 

 

2011-ci ildə silahlı hücuma məruz qalan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yaddaşını itirib. APA TV-nin məlumatına görə, o, mahnılarının sözlərini və melodiyasını unudub.

 

Bir neçə dəfə mahnı oxumağa cəhd edən Tatlısəs yaddaşını itirdiyindən, mahnılarının sözlərini və melodiyasını xatırlaya bilməyib.

 

Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da, hələ tam sağalmayıb. Qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və bu səbəbdən müğənninin sol tərəfi iflic qalıb. Tatlısəs həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olunub. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar