İbrahim Tatlısəs evində silahla başından vurulan Mutlu Kayanı ziyarət edib.
Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, bu barədə Tatlısəs sosial şəbəkədə məlumat yayıb, foto paylaşıb.
İbrahim Tatlısəs müalicə aldığı xəstəxanada Mutlu Kaya ilə qarşılaşıb.
Kayanın əlini öpən Tatlısəs instagram səhifəsində şərh bildirib: “Hücuma uğramış bir-birindən qiymətli iki insan... Birinin adı Mutlu, digərinin adı isə İbrahim... İkisi də çox xoşbəxtdir. Mənə maraqlıdır ki, şeytana uyub bunu edənlər xoşbəxtdir? Bir şeyi xatırlatmaqda fayda var. Bu işi etməyə heç kimin gücü çatmaz! Çünki, Allahdan başqa heç bir güc bunu edə bilməz. Bunu edənlər aciz qalanlardır. Sənə Allahdan sağlamlıq arzulayıram”.