Hyustonun qızı komadan çıxdı
20 aprel 2015 21:53 (UTC +04:00)

Hyustonun qızı komadan çıxdı

Tanınmış amerikalı ifaçı Uitni Hyustonun qızı Bobbi Kristina Braun komadan çıxıb. Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, bu haqda onun atası tanınmış ifaçı Bobbi Braun danışıb. O, Texasda keçirdiyi konsert zamanı "Bobbi oyanıb. O, indi məni izləyir", - deyib.

 

Xatırladaq ki, 22 yaşlı Bobbi Kristina Braun bu il yanvarın sonunda öz evinin vanna otağında huşsuz vəziyyətdə tapılıb. Onu həyat yoldaşı Nik Qordon və dostu tapıb. Xəstəxanaya yerləşdirilən Bobbi komaya düşüb. Həkimlərin bir neçə dəfə onu komadan çıxarmaq cəhdləri isə uğursuz olmuşdu.

 

Hadisə hələ də araşdırılır. Bunun intihar, bədbəxt hadisə, yoxsa qəsdən adam öldürməyə cəhd olduğu müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar