Türkiyə tətilinə davam edən amerikalı aktrisa Lindsi Lohan İstanbulda “Alancha” adlı restoranı bağladıb.
Axşam.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 30 yaşlı aktrisa məkandan 45 nəfəri çıxartdırıb və əyləncəsinə tək davam edib.
Lohan 4 saat restoranda qalıb. Mühafizəçilər də ətrafda təhlükəsizliyi qoruyublar. Aktrisa gecə saatlarında məkandan ayrılaraq qaldığı otelə qayıdıb.
Qeyd edək ki, L.Lohan 20 günə yaxındır Türkiyədədir.