Həyat yoldaşı aparıcıdan boşanmaq istəyir
10 iyul 2015 22:23 (UTC +04:00)

Həyat yoldaşı aparıcıdan boşanmaq istəyir

Aparıcı Ece Erkenə təhdid mesajları göndərdiyi üçün məhkəmə tərəfindən 3 ay müddətinə həyat yoldaşına yaxınlaşmamasına qərar verilən Serkan Uçar boşanma davası açıb.

 

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, evliliyin sarsılması səbəbi ilə boşanmaq istəyən Serkan həyat yoldaşından tez davranaraq məhkəməyə müraciət edib.

 

O, Ecenin 3 aylıq yaxınlaşmamaq qərarına etiraz etməyib.

 

Xatırladaq ki, Ece Erken məhkəməyə verdiyi şikayət ərizəsində həyat yoldaşı tərəfindən "Məndən ayrılsan, səni öldürərəm" sözləri ilə hədələndiyini demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Oxşar yazılar