Pop ifaçı Hadisə dünən Kocaelidəki konsertdə geyinəcəyi libası İstanbulda unudub.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, unudulan paltar son anda müğənniyə çatdırılıb. Ardından səhnəyə çıxan Hadisə tamaşaçılardan gecikdiyi üçün üzr istəyib.
Gecə boyu sevilən mahnılarını oxuyan sənətçi paltarı ilə yenə də diqqət mərkəzində olub. Rəqsi zamanı qısa ətəyi tez-tez açılan Hadisə bundan narahat olmayaraq ifalarına davam edib.