2014-ci ildə jurnalist Erhan Çelik ilə ailə quran Gülbən Ərgən boşanmaq qərarına gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanal D-də yayımlanan “Rəngli səhifələr” proqramında Gülben Ergen və Erhan Çelik ilə əlaqədar yeni iddia səsləndirilib. Bir müddət öncə cütlüyün dalaşdığı, Erhan Çelikin evi tərk etdiyi bildirilib.
Gülben Ergen isə bu iddialar barədə proqrama açıqlama verib: “Uşaqlarım tətildədir, Amerikaya gedirik. Cavab haqqımdan qayıdanda istifadə edəcəyəm”.
Qeyd edək ki, oğulları Atlas, Ares və Güneyin atası Mustafa Ərdoğanla 7 illik evliliyini 2012-ci ildə bitirən Gülbən Ərgən təxminən bir il birlikdə olduğu jurnalist Erhan Çeliklə 2014-cü ildə evlənmişdi.