Vyanada keçiriləcək 60-cı “Eurovision” mahnı müsabiqəsinə az qalıb.
Lent.az-ın AzərTAc- istinadən xəbərinə görə, təmsilçimiz Elnur Hüseynov səhnə quruluşu üzərində daim işləyir, vokalla məşğul olur, həmçinin öz pərəstişkarlarını da yaddan çıxartmır.
Təmsilçimiz “Eurovision” pərəstişkarları üçün sürpriz hazırlayıb. Elnur Hüseynov mayın 6-da İstanbulda keçiriləcək əyləncəli gecənin hazırlıq işləri ilə məşğuldur. Əyləncəli gecə canlı olaraq ifaçının “Facebook”, “Twitter” səhifələrində və “Periscope.tv”də yayımlanacaq. Gecəyə hər kəs qatıla bilər və yalnız onlayn qonaqlar “Eurovision-2015”ə 20 bilet qazana biləcəklər.
Bundan əlavə, əyləncəli gecədə Elnurun pərəstişkarlarını daha bir sürpriz gözləyir. Müğənni və onun komandası ötən vaxt ərzində üzərində çalışdığı videomaterialı təqdimatı olacaq. Hansı kadrların təqdim olunacağını hələ ki heç kim bilməyir. Hətta Elnurun özü də sonuncu versiyanı görməyib.