“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynovun qardaş ölkədə populyar verilişlərdən birinin canlı efirinə çıxıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, “Eurovision” mahnı müsabiqəsində builki təmsilçimizimiz olan Elnur Hüseynov Türkiyənin ən reytinqli proqramlarından biri kimi tanınan “Beyaz Show”da qonaq olub.
Verilişdə həmçinin Türkiyənin tanınmış aktyor və sənətçilərindən Demet Akbağ, Ata Demirər, Şəbnəm Bozoklu, Levent Ülgen iştirak edib.
“O Səs Türkiyə”dəki qalibiyyətindən sonra fevral ayında da verilişin qonağı olan Elnur Hüseynov “Eurovision” qabağı gördüyü işlərdən, promotur çərçivəsində getdiyi ölkələrdən danışıb.
Daha sonra isə müsabiqədə ifa edəcəyi "Hour of the Wolf” mahnısını səsləndirib.
Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır. Bu il isə mayın 21-də "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada çıxış edəcək.