Elçin “Maşın”ı tərk etdi
15 may 2015 01:32 (UTC +04:00)

Elçin “Maşın”ı tərk etdi

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunin növbəti buraxılışı da qalmaqallı anlarla yadda qalıb.

 

Axşam.az-ın məlumatına görə, iştirakçılar arasında gizli səsvermədə hər kəsin adı bir dəfə çəkildiyi üçün gün ərzində yığılan səslərə baxılıb. Lakin yenə də günün ən az səs yığanları arasında bərabərlik yaşanıb. Aşıq Əli, Mehriban Xanlarova, ABD Malik, Elçin Hüseynovun səs faizləri bərabər olduğu üçün M.Dadaşov tamaşaçıları 1 dəqiqəlik səsverməyə çağırıb. Bundan sonra E.Hüseynov günün namizədi olub.

 

Müğənni kimi çıxaracağını deməsə də, veriliş boyu müxtəlif versiyalar səsləndirilib. Anar Ağakişiyev Elçinin onu çıxaracağını bildiyini deyərək "getsin"ə səs istəyib. Bundan sonra Anar və Elçin arasında qalmaqal yaranıb. Müğənni stilistə "sən kimsən?" dediyi üçün studiyada gərgin anlar yaşanıb. Ağakişiyev "Sənin ixtiyarın yoxdur mənə belə deməyə" şəklində etirazını bildirib.

 

Veriliş boyu E.Hüseynov da tamaşaçılardan özü üçün "getsin"ə səs istəyib. O, bunu dostlarından heç kimi çıxartmaq istəməməsi ilə əlaqələndirib.

 

Sonda o, 62.76% səs yığsa da, heç kimin adını çəkməyərək özü gedib. Müğənni studiyanı kimsəylə sağollaşmadan tərk edib. Həmkarı Xatirə İslam isə göz yaşlarını saxlaya bilməyib.

 

Şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.

 

Qeyd edək ki, veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar