Əfsanəvi serial geri dönür
04 iyun 2015 02:52 (UTC +04:00)

Əfsanəvi serial geri dönür

2005-2009-cu illərdə yayımlanmış ən reytinqli seriallardan olan "Prison Break" ("Həbsdən qaçış") geri dönür.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, əfsanəvi serialın bir mövsümlük mini versiyasi çəkiləcəyi haqda iddialar yayılıb. Baş rollarda yenə də Ventvors Miller və Dominik Pursel iki qardaşı canlandıracaq. Millerin canlandırdığı obrazın serialın sonunda öldüyünü nəzərə alaraq serialın əvvəlki dövrlərə qayıdacağı ehtimal edilir.

 

Qeyd edək ki, V.Miller və D.Pursel 2016-da başlayacaq "Legends of Tomorrow" ("Sabahın əfsanələri") serialında da bir yerdə olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295

Oxşar yazılar