Soul musiqi janrının əfsanələrindən biri olan Ben Kinq 76 yaşında vəfat edib.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, 50-60-cı illərin məşhur ifaçısı heç bir xəstəlikdən əziyyət çəkmirmiş. Yaxınları onun öz əcəli ilə dünyasını dəyişdiyini deyiblər.
Xatırladaq ki, B.Kinq karyerasına "The Drifters" qrupu ilə başlayıb. Daha sonra o, "There Goes My Baby" (1958), "Spanish Harlem" (1961) və "Stand By Me" (1961) mahnıları ilə sənətinin zirvəsinə çatıb.
"Rolling Stone" jurnalının "Bütün dövrlərin ən yaxşı 500 ifaçısı" siyahısında B.Kinqin də adı var.