Hollivud ulduzu Leonardo DiKaprio sosial bir layihə üçün Şotlandiyanın paytaxtı Edinburqa yollanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, restoranda yemək yeyən aktyor çıxışda onu gözləyən pərəstişkarlarının selfi çəkdirmək və avtoqraf istəyini geri çevirməyib. Ancaq onun avtoqrafları sevənlərinin ürəyincə olmayıb.
DiKaprio kağızlara xətt çəkərək onları yola verib. Leonardonun bu hərəkəti sosial şəbəkədə tənqid edilib, onu ələ salıblar.