DiKaprio Putinin obrazını yaratmaq istəyir
17 yanvar 2016 03:04 (UTC +04:00)

DiKaprio Putinin obrazını yaratmaq istəyir

0

Karyerası boyunca bir çox obrazı yaradan Hollivud ulduzu Leonardo DiKaprio arzuladığı roldan danışıb. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor Rusiya prezidenti Vladimir Putinin obrazını yaratmaq istəyir. Sankt-Peterburqda forumların birində Putinlə görüşən DiKaprio məhz bu qarşılaşmadan sonra belə bir fikrə düşdüyünü deyib: 

 



“Putinin rolunda çəkilmək çox maraqlı olardı. Mən bunu məmnuniyyətlə edərdim”. 

 



Leonardo, həmçinin bildirib ki, ona Vladimir İliç Leninin obrazında çəkilmək də maraqlı olardı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 830

Oxşar yazılar