Türkiyədə hazırda həbsdə olan ifaçı Dəniz Sekiylə bağlı dəstək kampaniyası həyata keçirilir.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu yaxınlarda Türkiyədə 38 min məhbusun şərti azadlığa buraxılması ilə bağlı qanuna yeni maddə əlavə edilmişdi. Ancaq bu dəyişikliyə baxmayaraq ifaçı Dəniz Səki azadlığa buraxılmayacaq. Səbəb isə onun kokain satın alıb istifadə etməsi, hətta başqalarını belə bu maddə ilə təmin etməsidir.
6 il 3 ay həbs cəzası alan və 2 ildir həbsdə olan Dəniz Səkinin həbsdən çıxması üçün sosial şəbəkələrdə dəstək kampaniyasına start verilib. Belə ki, dəstək verən şəxs sosial şəbəkələrdə bu istiqamətdə paylaşımlar etməlidir.