Deniz Seki həbsxanada 1,6 milyon qazandı
17 iyul 2016 23:51 (UTC +04:00)

Deniz Seki həbsxanada 1,6 milyon qazandı

Hazırda həbsxanada olan müğənni Deniz Seki etibarını və şöhrətini getdikcə daha da artırır.

 

Axşam.az-ın məlumatına görə, "Hürriyet" qəzetinin yazarı Cengiz Semercioğlu ifaçının həbsxanadan "daha güclü və inamlı" çıxacağını qeyd edib. O, qeyd edib ki, 2017-ci il iyunun 5-də azadlığa qovuşacaq D.Seki həbsxanada olduğu dövrdə 1,6 milyon lirə (təxminən 850 min manat) qazanıb.

 

Müğənni azadlığa çıxdığı dövrdən sonra verəcəyi ilk 20 konsertini artıq planlaşdırıb. Artıq 1,6 milyon həbsdə olan müğənninin hesabına yatırılıb.

 

D.Seki eyni zamanda həbsda olduğu zaman yazdığı "Denizin dibi" adlı kitabı ilə də uğur qazanıb. Kitab 5 dəfə nəşr olunub, 55 miindən çox nüsxə satılıb. Bu arada ikinci kitabını yazan müğənni onu noyabrda oxucularına çatdıracaq.

 

C.Semercioğlu sənətçinin 10 mahnılıq albomunun da hazır olduğunu vurğulayıb. O, bütün bunları həm də Denizin meneceri Özgür Arasın peşəkarlığı ilə əlaqələndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar