Coli Milad bayramını Bredlə birlikdə keçirib
30 dekabr 2016 06:20 (UTC +04:00)

Coli Milad bayramını Bredlə birlikdə keçirib

Boşanmağa hazırlaşan aktrisa Ancelina Coli və aktyor Bred Pitt haqqında maraqlı məlumat var.

 

Axşam.az-ın xarici KİV-ə istindən məlumatına görə, cütlük Milad bayramını birlikdə keçirib. Bu gün Bred uşaqlarına, uşaqları isə ona hədiyyələr veriblər.

 

Şahidlərin sözlərinə görə, bu təklif Ancelinadan gəlib. Bildirilir ki, o, hətta, Yeni ili də uşaqlara icazə verəcək ki, Pittlə keçirsinlər.

 

Aktyorun vəkillərinə bu addım bir az qəribə gəlir. Onlar ehtiyat edirlər ki, Coli daha sonra bunları öz xeyrinə istifadə edər.

 

Görüş zamanı psixoloqlarda iştirak ediblər. Onların Bredin uşaqlarına qarşı davranışına fikir veriblər. Çünki bir müddət əvvəl aktrisa keçmiş ərinin uşaqlarla kobud rəftar etdiyini vurğulamışdı.

 

Qeyd edək ki, 12 il ev li olan cütlük bu ilin sentyabrından boşanmaq üçün məhkəməyə müraciət edib. Onların ayrılmaqlarına müxtəlif səbəblər göstərilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar