İtaliyanın Assisi şəhərində turizmi inkişaf etdirmək və əhalinin sayını artırmaq üçün qeyri-adi kampaniyaya start verilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, adıçəkilən şəhərdə yerləşən otellərdə qalan qadınlar hamilə qalsalar, onlara istirahət kuponu və ya pul mükafatı veriləcək.
Bunun üçün zərif cinsin nümayəndəsi hamiləliyini sübut etməlidir. Yəni oteldə qaldıqdan 9 ay sonra övladlarının dünyaya gəldiyini təsdiq edən sənədi təqdim etməsi əsas şərtdir.
Hazırda kampaniyaya 10 oteldə start verilib.