Boşansa ərinə 10 milyon dollar ödəyəcək
12 yanvar 2016 05:40 (UTC +04:00)

Boşansa ərinə 10 milyon dollar ödəyəcək

Britaniyanın populyar müğənni və aktrisalarından olan Şeril Koulun ikinci nikahı da uğursuz olub. O, fransız restovrator və pleyboy Jan-Bernar Fernandes-Versinidən boşanır.

 

Milli.az TMZ-yə istinadən bildirir ki, 32 yaşldı Şeril Koulla 33 yaşlı Jan-Bernarın nikahları cəmi 19 ay çəkib.

 

Ailədə problemlər iki ay əvvəl yaranıb. Jan-Bernar “belə ailə həyatından bezdiyini” deyirmiş. Şeril yaşananları sirr kimi saxlamağa çalışsa da bacarmayıb.  O, münsiflər heyətinin üzvü olduğu “The Voice” şousunun çəkilişlərindən birində ağlayıb. Aktrisanın dediyinə görə, ailənin dağılmasının səbəbi ərinin ifrat qısqanclığıdır: “Narahtlıq üçün heç bir səbəb olmasa da, o, son vaxtlar qeyri-adekvat davranırdı. İş o yerə çatıb ki, məni hətta itlərimə də qısqanır. Deyir ki, onunla müqayisədə itlərə daha çox vaxt ayırıram”.

 

Şeril Koulun ilk əri futbolçu Eşli Koul idi. Şerillə Jan-Bernar ailə quranda nikah müqaviləsi imzalamadıqları üçün müğənni boşanarsa, sabiq ərinə 10 milyon dollar ödəməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar