Başından vurulan müğənni gözlərini açdı
30 may 2015 04:14 (UTC +04:00)

Başından vurulan müğənni gözlərini açdı

Türkiyədə iki həftə əvvəl başından vurulan məşhur musiqi yarışmasının iştirakçısının səhhətində irəliləyiş var.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, on iki gündür Qazi Yaşargil xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan gənc müğənni Mutlu Kaya ötən gün oyanaraq kənardakılara reaksiya verib.

 

M.Kaya gözlərini açan vaxt yanında olan bacısı Songülün danışıqlarına gözlərini açıb-bağlayaraq cavab verib.

 

Xəbəri eşidən M.Kayanın 60 yaşlı atası qızının səhhətindəki bu irəliləyişə çox sevinib və sanki yenidən dünyaya gəldiyini deyib.

 

Xatırladaq ki, Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan “Səsi çox gözəl” yarışmasında parlayan Mutlu Kaya adlı iştirakçı mayın 18-də yaşadığı evdə başından vurulub. Diyarbəkirdə məktəblərdən birinin bufetində işləyən 19 yaşlı Mutlu Kayanı Sibel Can İstanbula “Səsi çox gözəl” musiqi yarışmasında iştirak etmək üçün gətirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar