<span style="color:red;">Azərbaycanlı müğənni:  "Oriyentasiyası bilinməyən dostlarım var"
24 aprel 2015 18:56 (UTC +04:00)

Azərbaycanlı müğənni: "Oriyentasiyası bilinməyən dostlarım var"

“İnsanları oriyentasiyasına görə qınamıram. Hamı öz həyatını yaşayır. Həyat müzakirə oluna bilməz. Mənim də ətrafımda oriyentasiyası bilinməyən dostlarım var. Mənim üçün onların insani keyfiyyətləri önəmlidir”. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva deyib. Sənətçi həyat tərzindən danışıb: 



“Bütün günü nə qədər problemlə üzləşirik. Amma gecə yerimizə uzananda nələrisə xəyal edirik. Həyatımı xəyallarımın üzərində qururam. Mənim həyatıma müdaxilə edib yaşayanlar var. Onlar bədbəxtdir. Heç yadıma düşmürsünüz. Məni unudun. Sosial şəbəkədə şəkil paylaşıram. Yanımda olan insan sevgilim deyil ki... Şəkil çəkdirdiyim adam dostum ola bilər. İnsanlar fotoya elə sözlər yazırlar... Dəhşət... Heç kimi qınamayın. Şəxsi həyatımı heç kim bilə bilməz. Tənqidi təhqirə keçirməyin. Müğənniyəm, məni efirdən tanıyırsınız. Amma bilmirsiniz ki, necə və harada yaşayıram. Heç kəsin babalını yumayın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar