Türkiyədə yaşayan azərbaycanlı model Könül Əzizova İlk Avropa Oyunlarına həsr olunmuş foto layihə təqdim edib.
Lent.az-ın verdiyi məlumata görə, layihə Azərbaycan qılıncoynatma federasiyası və 1S Tudio-nun fotoqrafı Samir Atabəy tərəfindən ərsəyə gəlib.
“Bakıda keçiriləcək İlk Avropa Oyunları tək idman yarışı deyil, həm də bizim mədəniyyətimizi, incəsənətimizi, qonaqpərvərliyimizi, turizm potensialımızı, qədim odlar diyarını nümayiş etmək üçün bir imkandır. Bu tək fantastik idman yarışı deyil, həmçinin ölkəmizin geniş potensialının təqdim edilməsi üçün bizə verilən şansdır”, - deyə model bildirib.