Soyğunçuluq edən bir neçə şəxs həbs edilib
27 fevral 2016 13:08 (UTC +04:00)

Soyğunçuluq edən bir neçə şəxs həbs edilib

Azərbaycanda soyğunçuluq etmiş şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də şəhər sakini Şəfayət Nəciyevanın 1500 manatını və sənədini soyğunçuluq yolu ilə almış həmyerliləri, əvvəllər məhkum olunmuş Eldar Muradov və Polad Abbasov tutulub.

 

Bundan başqa Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon sakini Yalçın Sadıqova qarşı soyğunçuluq etmiş qrupun digər üzvləri - şəhər sakinləri Müşfiq Əhmədov və Natiq Rzayev də saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar