Hamilə olduğunu mediadan gizlətməyə çalışan müğənni Emma Ələkbərzadə xeyli müddətdən sonra həyat yoldaşı ilə birgə çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, cütlüyün fotosu maraqla qarşılanıb.
E.Ələkbərzadə ana olacağı xəbərinə də münasibət bildirib: “Çox istədim ki, bu xəbəri mediadan gizlədim, amma alınmadı. Ana olmağıma az qalıb. Çox xahiş edirəm ki, məni narahat etməsinlər”.
Xatırladaq ki, Emma Ələkbərzadə 3 noyabr 2012-ci ildə Çingiz Emil adlı bəylə rəsmi nikaha girib. Lakin cütlüyün toy mərasimi müəyyən səbəblərdən 3 ay sonra, 8 fevral 2013-cü ildə baş tutmuşdu.