Müğənni Lətifə Soyuöz ilə həyat yoldaşı arasında soyuq küləklər əsir.
Lent.az-ın “Qafqazinfo”-a istinadən məlumatına görə, Deniz Soyuöz adlı türkiyəli iş adamı ilə evlənən sənətçi bir müddətdir ki, onunla münasibətlərinə son qoyub.
Münasibətin korlanmasına isə xəyanətin səbəb olduğu iddia edilib. Deniz Soyuöz müğənniyə bir neçə dəfə xəyanət edib.
Artıq Lətifə Soyuöz məhkəməyə müraciət edib, boşanmaq barədə qəti qərara gəlib.
Xatırladaq ki, cütlüyün 2014-cü ilin dekabr ayında Arif adlı oğulları dünyaya gəlib.
***
Axşam.az-a açıqlama verən ifaçı artıq 1 aydır ayrıldığını deyib:
“Şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm. 7 ildir ailə qurmuşdum. Çox çalışdıq ki, ailəmizi qoruyaq, amma alınmadı. 1 aydır ayrılmışıq. Allah hər kəsin yolunu açıq etsin. Həyatımda baş verən heç nəyə görə peşman deyiləm. Bu evlilikdən bir övladım var. Allah nəyi, necə məsləhət bildisə, elə də etdi”.