<b>Məşhur Hollivud aktrisası dünyasını dəyişdi</b>
06 dekabr 2016 07:23 (UTC +04:00)

Məşhur Hollivud aktrisası dünyasını dəyişdi

0

Hollivudun tanınmış kino aktrisası Marqaret Uitton 66 yaşında dünyasını dəyişib.

 

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat verib.

 

Marqaret Uitton Palm Biç şəhərində (Florida ştatı), öz evində vəfat edib. Məlumata görə, aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparırmış.

 

M.Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa”  (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında  çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar