<b>Filipp Kirkorov Azərbaycan dilində nələr dedi?</b>
09 iyul 2016 22:41 (UTC +04:00)

Filipp Kirkorov Azərbaycan dilində nələr dedi?

Bəstəkar-müğənni Emin Ağalarov “Jara” festivalı ilə bağlı “Sea Breeze" istirahət mərkəzində bu gün konsert təşkil edir. Lent.az-ın məlumatına görə, ilk olaraq gecəyə dəvət olunan tanınmış simalar qırmızı xalçanın üstündən keçərək, qonaqları salamlayıb, şəkillər çəkdirdilər. Daha sonra aparıcı Murad Dadaşov qonaqları salamlayaraq, sözü Andrey Malaxov və Yana Çurikovaya verdi. Saat 21:00-da konsertin musiqili hissəsi başladı. Konsertin ilk musiqili qonağı isə “Rast qrupu” oldu. Azərbaycanlı qrupun ifası gecəyə əlavə rəng qatdı. Daha sonra Orta Asiya, Rusiyadan dəvət olunan ifaçıları repertuarlarında yer alan mahnıları oxudular. Xalq artistləri Zülfiyyə Xanbabayeva və Polad Bülbüloğlu da ayrı-ayrılıqda ifalarını təqdim etmək üçün səhnəyə çıxdılar.

 

P.Bülbüloğlu ifasını təqdim etmədən öncə festivalla bağlı fikirlərini bölüşdü: “Hər birinizi salamlayıram, xoş axşamlarınız olsun. Burada olduğuma görə şadam. Azərbaycanda “Jara” festivalının keçirilməsi çox yaxşı bir haldır. Ölkəmizə təşrif buyuran tanınmış müğənnilərə demək istəyirəm ki, Azərbaycana xoş gəlmisiniz”.

 

Daha sonra səhnəyə Filipp Kirkorov dəvət olundu. Onun səhnəyə çıxışı konserti daha da canlandırdı. İfasını təqdim edəndən sonra konsertə gələn qonaqları salamlayaraq, fikirlərini Azərbaycan dilində söylədi: “Salam Azərbaycan, salam “Sea Breeze”. Axşamınız xeyir. Sizi görməyə şadam. Bu gün mənim ən gözəl günlərimdən biridir. Mən sizi sevirəm”.

 

Bəstəkar-müğənni Emin Ağalarovun səhnədəki ifası da maraqla qarşılandı. 

 

Xatırladaq ki, gecə yarısına qədər davam edən konsertdə Filipp Kirkorovdan savayı Qriqoriy Leps, Katya Lel, Anita Tsoy kimi ulduzlar səhnə aldı. 

 

 

Qeyd edək ki, E.Ağalarov “Jara” festivalı çərçivəsində ötən ay Moskvada da parti təşkil etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Yalçın UĞUR

Oxşar yazılar