Türkiyəli tanınmış komediyaçı polislər tərəfindən saxlanılıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, məşhur “Yetenek Sizsiniz Türkiyə” yarışmasında birinci olaraq tanınan komediyaçı Atalay Demirci Ankarada polislər tərəfindən tutulub.
Atalayın saxlanılmasınına səbəb kimi onun Fətullah Gülənə yaxın şəxslər Enes Kanter və Hakan Şükürlə yazışmaları göstərilir.
Yayılan bu məsələlərlə bağlı açıqlama verən Atalay bildirmişdi ki, içində olduğu bu vəziyyət bir səhvdir və 15 iyulda Fətullah Gülənin terror təşkilatı tərəfindən törədilən hərbi qiyama cəhd hər kəs kimi onun da fikrini dəyişib.
Qeyd edək ki, Atalay Demirci vaxtilə onunla bağlı reportaj hazırlayan “Beyaz TV” müxbirinin üzünə tüpürdüyü üçün gündəmə gəlmişdi.