Məşhur “A Studio” qrupunun yaradıcısı və ilk solisti Batırxan Şukenov ölüb.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, 53 yaşlı Batırxan Şukenov Moskvada infarktdan dünyasını dəyişib.
Vaxtilə çox sevilən səs olan Batırxanın ölümü haqqında prodüseri Aleksandr Semin şəxsi “İnstagram” səhifəsində məlumat verib. O, “Bu gün yaxın dostum - “A Studio”nun birinci solisti Batırxan Şukenov infarktdan öldü” yazıb.
Qrupun keçmiş solisti Keti Topuriya və digər sənət adamları da sosial şəbəkədə başsağlığı veriblər.
Batırxan Şukenov 1962-ci ildə Qazaxıstanda dünyaya gəlmişdi. Alma-Ata Konservatoriyasını bitirmişdi. Sənətə saksofonçu kimi müğənni Roza Rımbayevanın yanında başlamışdı. 1988-ci ildə “A Studio" qrupunu yaratmışdı. 2000-ci ildə qrupu tərk edərək solo karyeraya başlamışdı.