Nazpəri İlhaməyə söz atdı
24 aprel 2015 10:36 (UTC +04:00)

Nazpəri İlhaməyə söz atdı

Məhkəmə qərarına əsasən, xalq artisti İlhamə Quliyevaya 25 min manat təzminat ödəməli olan xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə müzakirələrə səbəb olacaq status paylaşıb. Lent.az-ın məlumatına görə, N.Dostəliyeva bu sözləri yazıb: “İndiyə qədər mən - Nazpəri Dostəliyeva nə qədər kimsəsizə, ana, ata, övlad qayğısı, sevgisi görməyənlərə əl tutmuşam. Bunu yazmağımı başqa yerə yozmayın. Dürüst, dərin düşüncəli insanlar başa düşəcək. Onlardan biri də artdı. Allah yolunda. Susuram, susuram, çünki bu, mənim böyüklüyümdür. Ağır danışana yem yox”.

 

Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın ona ödədiyi təzminatı qocalar evinə verəcəyini bildirib.

 

Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu bildirib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan N. Dostəliyeva isə apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan N. Dostəliyevanın vəkili kasasiya şikayəti verib. Ali Məhkəmə isə təzminatı 25 min manata endirib. Lakin N.Dostəliyeva hələ ki, İ.Quliyevanın hesabına 5 min manat ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar