Xalq artistinin küçədə yaşayan oğlu xəstəxanalıq oldu - VİDEO
18 yanvar 2021 15:03 (UTC +04:00)

Xalq artistinin küçədə yaşayan oğlu xəstəxanalıq oldu - VİDEO

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, bu barədə "Elgizlə izlə” verilişində açıqlanıb. Bildirilib ki, Çingiz 20 gün xəstəxanada müalicə alacaq: “Yaşım az deyil, 61 yaşım var. Heç olmasa bu gündən sonra həyatda nəsə edə bilim”.

Qeyd edək ki, Siyavuş Aslanın oğlu küçədə yaşadığını demişdi: "Qardaşımla evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq. Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam. "Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4098
avatar

Yalçın UĞUR

Oxşar yazılar