Xalq artisti Ramiz Malik, müğənni Roza Zərgərli
09 iyul 2021 15:15 (UTC +04:00)

Xalq artisti Ramiz Malik, müğənni Roza Zərgərli

Xalq artisti Rozanı keçmişi ilə "vurdu": "Əli Mirəliyevlə, qızla isə..."

Müğənni Roza Zərgərlinin Xalq artisti Ramiz Məlikə söylədiyi “Aparıcılıq etdiyim verilişə çağırmıram deyə, reytinq axtarışındadır”, - fikirləri cavabsız qalmayıb.

Lent.az xəbər verir ki, R.Məlikin Rozaya cavabı daha ağır olub:

“Roza, sən məni apardığın o səviyyəsiz verilişə yalvarıb dəvət etsən də, gəlmərəm. Mən sənin kimilər deyiləm ki, reytinq dalınca qaçım. Yekə qızasan, danışığını bil. Fikir bildirmək nə vaxtdan təhqir olub? Mirəliyevlə efirdə o cür hərəkətin reytinq xatirinədir? 

Bir də iki nəfərin efirdə bir yerinə buz tökməyin. Qızın ... (sinəsinə), oğlanın şalvarının içinə buzu tökən sən idin. Bu da sənsən. Reytinq axtarırsan? 

Qeyd edək ki, R.Zərgərli Lent.az-a açıqlamasında aktyor Elməddin Cəfərovun “Oğlum kimi alır alsın, müğənni almasın”, fikirlərini tənqid etmişdi. Bu zaman Ramiz Məlik aktyorun tərəfini saxlamışdı: “Bu Roza son zamanlar gündəmdə qalmaq üçün yaman gül açıb”. 

Roza isə ona Lent.az vasitəsiylə bu cür cavab vermişdi: “Bunun iti ölüb, eşşəyi asqırır. Bu Ramiz müəllim mənim aparıcılıq etdiyim “Bakı vaxtı ilə” verilişində qonaq olmadığına görə reytinq axtarışındadır. Bir Xalq artistinin Rozaya söz atmağı qalmışdı. Eybi yoxdur, bir gün verilişimə gələr, ona reytinqin nə olduğunu göstərərəm. Mənim verilişim görkəmli sənətkarlara aiddir. Amma “Bakı vaxtı ilə” verilişində siz yoxsuz. Adımı, soyadımı da yazmayıb. Yazıb ki, “Bu” Roza. Mən də deyirəm ki, “Bu” Xalq artisti filankəs”. 

# 103221
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Xalq artisti burnuna  pirsinq   taxdırdı

Xalq artisti burnuna pirsinq taxdırdı

25 aprel 2024 , 14:54
Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49