Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanı evləndirmək istədiyini açıqlayıb.
Lent.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında uzun müddətdir övladına qız axtardığını bildirib.
İfaçı vurğulayıb ki, övladına qohumlardakı qızlardan almaq istəyir.
G.Məmmədova Zaur Baxşəliyevin "Heç gedib qapı döymüsən" sualına belə cavab verib:
"İstəyirəm, hələ qalıb. O qədər qapı döydüyüm olur ki... Özü istəməsə, mükün deyil . Ürəyimdə çox qız olub. Qohumlardan qız bəyənmişəm, istəməyib. Deyir, bacımdır, istəmirəm. Qohum istəmir. Kənarda da hər zaman gözüm axtarır. Qismətə bağlıdır. Haradasa yazılıbsa, gələcək".