Vill Smit şillə vurduğu Kris Rokdan  üzr istədi
29 mart 2022 07:27 (UTC +04:00)

Vill Smit şillə vurduğu Kris Rokdan üzr istədi

0

Amerikalı aktyor Uill Smit Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka şillə vurduğuna görə ondan üzr istəyib.

Lent.az-ın məlumatına görə, bu barədə aktyor şəxsi instaqram hesabından paylaşım edib.

“İstənilən formada zorakılıq zəhərli və dağıdıcıdır. Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır”, - deyə Smit instaqram səhifəsində yazıb.

O qeyd edib ki, ona ünvanlanan zarafatlara qulaq asmaq aktyor işinin bir hissəsidir, lakin həyat yoldaşının səhhəti ilə bağlı deyilənlər onda özündə saxlaya bilmədiyi emosional reaksiyaya səbəb olub.

O, Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və orada olan hər kəsdən, eləcə də bütün dünyadakı tamaşaçılardan üzr istəyib:

“İctimaiyyət qarşısında səndən üzr istəmək istəyirəm, Kris. Xətti keçdim, səhv etdim. Utanıram və hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir. Sevgi və xeyirxahlıq dünyasında zorakılığa yer yoxdur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2721

Oxşar yazılar