Viktoriya Bekhem
14 may 2022 08:17 (UTC +04:00)

Viktoriya Bekhem

Viktoriya Bekhem izləyicilərini ŞOKA saldı - FOTO

“Spice Girls” qrupunun 48 yaşlı keçmiş solisti və Devid Bekhemin həyat yoldaşı qara mini paltar və uclu stiletto geyinib. 

Lent.az Gazeta.ru saytına istinadən xəbər verir ki, Viktoriya müvafiq şəkilləri sosial şəbəkələrdə paylaşıb.

O, şəxsi geyim brendinin qara qolsuz mini paltarında göründüyü fotosunu bloqunda paylaşıb. Onun geyimini sağ ayağına taxdığı uclu parıltılı stilettolar və zərif qolbaq tamamlayırdı.

Bekhemin saçları 90-cı illərdə dəbdə olduğu kimi "crab" saç sancağı ilə arxadan bağlanmışdı.

O, şəkilə “Viktoriya Bekhem mini paltarımla çoxdan gözlənilən həftəsonuna girirəm” başlığı yazıb.

Şərhlərdə Bekhemin abunəçiləri onun bədən quruluşuna xüsusi fikir veriblər.

İstifadəçilər “Nə qadındır!”, “Posh Spice” hər zaman”, “Daha çox Audrey Hepburn kimi” şərhlər yazıblar.
 

# 1953
avatar

Oxşar yazılar