Türkiyənin məşhur aktrisası Farah Zeynep Abdullah Azərbaycana gələcək. Lent.az-ın məlumatına görə, sənətçi rol aldığı “Bergen” filminin premyerası üçün Bakıya təşrif buyuracaq. Farah Zeynap Abdullahla birgə qalaya Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və digər aktyorlar da gələcək.
Qala martın 16-da baş tutacaq.