Türkiyədə səbirsizliklə gözlənilən “Atatürk” serialının aktyor heyəti açıqlanıb.
Lent.az xəbər verir ki, hər gün yeni adlar açıqlanan oyunçular arasında bu dəfə aktrisa Esra Bilgiç də var.
Bununla yanaşı, serialda Mehmet Günsür, Songül Ödən, Bertan Asllani, Berk Cankat, Sarp Akkaya, Sahra Saş kimi məşhur aktyorlar da yer alıb.
“Disney Plus” istehsalı olan bu ekran işi iyunun 14-də ekranlarda yayımlanmağa başlayacaq. 6 bölümdən ibarət olan serial Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edir.
Xatırladaq ki, serialın baş rolu Aras Bulut İynəmlidir. Həmçinin, bu ekran işində dünyaca məşhur "Harry Potter" filmindəki obrazı ilə tanınan aktrisa Emma Vatson da rol alacaq.
Serialın musiqilərini isə "The Lion King" və "Dune" filmlərinin “soundtrack”larına görə Oskar qazanan Hans Zimmer hazırlayacaq.
Qeyd edək ki, baş rol olan Aras Bulut İynemli bölüm başına görə 700 min lirə (təxminən 76 min manat) məvacib alacaq.