Əməkdar artist İlkin Əhmədov Xalq artisti Məleykə Əsədovaya elçi düşmək istədiyini etiraf edib.
Lent.az xəbər verir ki, o, ilk dəfə verilişlərin birində bu barədə danışıb.
Xanəndə deyib ki, uşaqlıqdan aktrisaya aşiq olub:
"Beşinci, altıncı sinifdə oxuyurdum. "İtkin gəlin" filmində "Əfsanə" obrazı məni o qədər valeh elədi ki, uşaq idim, vurulmuşdum. Özlüyümdə xəyal qururdum ki, çox imkanlı bir şəxsəm. Hər şeyim var və Məleykə xanımı alacağam".