Tanınmış stilist   mavi olduğuna görə tutuldu
28 sentyabr 2021 15:15 (UTC +04:00)

Tanınmış stilist mavi olduğuna görə tutuldu

Türkmənistan polisi Türkmənabat şəhərində mavilərin nümayəndələrini tutmaq üçün reydlər keçirib, 30-a yaxın kişi müvafiq ittihamla təcridxanaya göndərilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, əvvəlcə əksəriyyəti yerli yanğınsöndürmə idarəsində işləyən təxminən 20 maviyə basqın edilib. Güc strukturlarının iddiasına görə, şübhəlilər gizli şəkildə qrup seks seansları təşkil ediblər.

Bundan əlavə, ölkədə şou-biznes nümayəndələri ilə işləyən tanınmış bir stilist də təcridxanaya düşüb. Onun adı etik səbəblərdən çəkilmir.

“Orada amansızcasına döyülürlər ki, özləri hər şeyi etiraf etsinlər və başqalarının adlarını çəksinlər”, - mənbə vurğulayıb.  

O, daha bir neçə homoseksualın təkadamlıq kamerada saxlanıldığını, onlara da işgəncə verildiyini qeyd edib. Ümumilikdə 30-a yaxın adamın həbsdə olduğunu deyib.

Türkmənistan homoseksuallığın cinayət olduğu iki keçmiş SSRİ respublikasından biri olaraq qalır. Eyni cinsdən olan bir tərəfdaşla cinsi əlaqədə olmaq üstündə iki ilə qədər həbs cəzasına məhkum oluna bilərsiniz  Bənzər maddə Özbəkistanda da var, lakin çox nadir hallarda istifadə olunur.


 

# 5619
avatar

Oxşar yazılar