Tanınmış aktyor xəstəxanaya çatdırıldı: BEYİN DAMARINDA LAXTALANMA...
21 noyabr 2021 01:15 (UTC +04:00)

Tanınmış aktyor xəstəxanaya çatdırıldı: BEYİN DAMARINDA LAXTALANMA...

Muğlada qəfil xəstələnən Türkiyənin məşhur aktyoru Kadir İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasına yerləşdirilib.

Lent.az NTV telekanalına istinadən xəbər verir ki, aktyorun həyati təhlükəsi olmadığı və nəzarət məqsədilə reanimasiya şöbəsinə aparıldığı bildirlib.

“Vəziyyəti yaxşıdır, müayinələri davam edir, bir müddət burada müalicə olunacaq”, xəstəxanadan verilən açıqlamada belə deyilib.

Qeyd edilib ki, müayinə zamanı məlum olub ki, Kadir İnanırın beyin damarında laxtalanma yaranıb.

# 4143
avatar

Oxşar yazılar