Türkiyəli tanınmış aktrisa Məryəm Üzərli qızının ad günü üçün ona sürpriz edib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 3 yaşı olan qızının doğum gününə “Maşa” obrazı ilə qatılıb.
Üzərli həmçinin qızını da bu cizgi film obrazı kimi geyindirib.
Sosial şəbəkələrdə paylaşılan şəkillər hər kəs tərəfindən çox bəyənilib. Aktrisanın həqiqətən “Maşa” obrazına bənzəməsi də diqqət çəkib.